Ukraynada hakim partiya olan “Xalqın xidmətçisi”nin rəhbərliyində dəyişiklik baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə partiyanın sabiq rəhbəri David Araxamiya teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, Ukrayna Ali Radasının birinci vitse-spikeri Aleksandr Kornienko partiya fraksiyasının yeni sədri seçilib.
Xatırladaq ki, noyabrın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Prezident administrasiyasının rəhbəri AndreyYermakın istefasını da qəbul etmişdi.
Bakı 




