• Bakı C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.1421

Bəzən insanın başı ağrımır, amma təzyiqi...

CƏMİYYƏT

17 Dekabr 2025 | 15:32

Bəzən insanın başı ağrımır, amma təzyiqi...

"Bəzi xəstəliklər səssiz şəkildə inkişaf edir, heç bir əlamət vermir. Ona görə də insanların profilaktik müayinələrə üstünlük verməsi vacibdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova deyib.

Onun sözlərinə görə, məsələn, yüksək təzyiq xəstəliyi buna çox yaxşı nümunədir. V.Məmmədova bildirib ki, bəzən insanlar həkimə tam başqa səbəbdən müraciət edir və təzyiq ölçülür:

"İnsanın heç başı ağrımaya bilər, amma ölçü nəticəsində təzyiqinin 200/200 mmHg olduğunu görmək mümkündür. Bu isə ciddi və həyat üçün təhlükəli vəziyyət yaradır".

Vüsalə Məmmədova vurğulayıb ki, profilaktik müayinələr erkən diaqnostika və müalicəyə imkan verir, nəticədə çox sayda həyat qurtara bilir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR