Ermənistanda 44 günlük müharibə zamanı ölən və itkin düşən hərbçilərin ailələri parlament nəzdində yaradılmış İstintaq Komissiyasının hesabatının dərc olunmasını tələb edirlər.
Bakıvaxtı.az xəbər verir ki, həlak olanların yaxınları müvafiq petisiya hazırlayıb və Ermənistan parlamentinin binası önündə imza toplayırlar.
Toplanan imzaların parlament sədri Alen Simonyana təqdim olunacağı bildirilir.
Ailələr hesab edir ki, müharibənin gedişi, verilən qərarlar və baş verən hadisələrlə bağlı cəmiyyətə tam və açıq məlumat verilməli, İstintaq Komissiyasının nəticələri gizli saxlanılmamalıdır. Onların fikrincə, hesabatın açıqlanması həm ölənlərin xatirəsinə hörmət, həm də gələcək üçün məsuliyyətin müəyyənləşdirilməsi baxımından vacibdir./Musavat.com
Bakı 




