• Bakı C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.1421

Yeməklərin arasında 5-6 saat fərq olmalıdır- Terapevt

CƏMİYYƏT

17 Dekabr 2025 | 15:26

Yeməklərin arasında 5-6 saat fərq olmalıdır- Terapevt

"Bir qida qəbulu ilə digərinin arasında ən azı 5-6 saat fasilə olmalıdır və eyni zamanda 2-3 növ qarışıq yeməklə kifayətlənmək daha məqsədəuyğundur".

Bakıvaxtı.az xəbər verir ki, bunu bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova deyib.

Onun sözlərinə görə, çox yemək də, tez-tez yemək də xəstəlik yaradır və insulin rezistentliyinə gətirib çıxara bilər. Bunu əksəriyyət bilir, amma məsələ vərdiş halına sala bilməkdir.

V.Məmmədoba deyib ki, digər vacib məsələ isə boşqabın balansıdır:

"Əlbəttə ki, uşaq, qadın və kişi üçün eyni qidalanma modelini tətbiq etmək olmaz. Çünki enerji sərfi fərqlidir. Amma hər bir halda çalışmaq lazımdır ki, boşqabda mütləq tərəvəz salatı və lifli qidalar olsun, zülal mənbələrinə üstünlük verilsin, karbohidratlar isə az miqdarda və daha faydalı növlərdən seçilsin.

Yəni, boşqabımızı balanslaşdırmalıyıq. İlkin mərhələdə hər kəsin edə biləcəyi minimum addımlar qidalar arasında fasiləni ən azı 4-5 saata çatdırmaq və imkan daxilində boşqabı balanslı şəkildə formalaşdırmaqdır".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR