• Bakı C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.1421

 Ağrıkəsicilərin tez-tez istifadəsinin fəsadları varmı?

CƏMİYYƏT

17 Dekabr 2025 | 15:20

 Ağrıkəsicilərin tez-tez istifadəsinin fəsadları varmı?

“Ağrıkəsici preparatların uzunmüddətli və nəzarətsiz istifadəsi müxtəlif orqan və sistemlərə ciddi mənfi təsirlər göstərə bilər”. \

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova deyib.

Onun sözlərinə görə, bu preparatlar əsasən simptomatik təsir göstərir və ağrının əsas səbəbini aradan qaldırmır:

“Qeyri-steroid iltihabəleyhinə dərmanların (QSİƏD) tez-tez qəbulu mədə və onikibarmaq bağırsaqda qastrit, xora və qanaxma riskini artırır. Eyni zamanda, bu preparatlar böyrək perfuziyasını azaldaraq xroniki böyrək çatışmazlığının inkişafına, arterial təzyiqin yüksəlməsinə və ürək-damar fəsadlarına səbəb ola bilər. Həkim məsləhəti ilə qısa müddət ərzində istifadə etdikdə ağrıkəsicilər faydalı sayılır. Amma uzun müddət, nəzarətsiz, səbəb araşdırılmadan qəbul edilərsə, sağlamlığa zərər verə bilər”. 

V.Məmmədova bildirib ki, dərman dozasının aşılması və uzunmüddətli istifadəsi qaraciyərdə toksik zədələnməyə, ağır hallarda isə kəskin qaraciyər çatışmazlığına gətirib çıxara bilər:

“Mədəyə qıcıqlandırıcı təsir göstərir. Əgər xora varsa, qanama riski yaradır, qaraciyər və böyrək funksiyalarına neqativ təsir göstərir. Opioid tərkibli ağrıkəsicilər asılılıq, tənəffüsün ləngiməsi və psixoloji problemlər riski daşıyır. Ağrıkəsici ağrını kəsir, amma səbəbi müalicə etmir. Bundan əlavə, ağrıkəsicilərin tez-tez istifadəsi dərman mənşəli baş ağrısı sindromunun inkişafına səbəb ola bilər. Davamlı və ya təkrarlanan ağrılar zamanı mütləq şəkildə etioloji səbəb araşdırılmalı, müalicə həkim tərəfindən fərdi qaydada planlaşdırılmalıdır”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR