• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

KİV: Zelenski Avropa İttifaqı liderlərinin sammitində iştirak edəcək

DÜNYA

17 Dekabr 2025 | 20:16 | Müəllif: Subhan Mahmudov

KİV: Zelenski Avropa İttifaqı liderlərinin sammitində iştirak edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski cümə axşamı Brüsseldə Avropa İttifaqı liderlərinin sammitində iştirak edəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Bloomberg" məlumat yayıb.

Aİ liderləri bir neçə həftədir Ukraynanın maliyyə ehtiyatlarının sürətlə tükənməsini nəzərə alaraq, kredit şərtlərini razılaşdırmağa çalışırlar. Lakin danışıqlar Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin əksəriyyətinin yerləşdiyi Belçika tərəfindən ciddi müqavimətlə qarşılaşır.

Belçika, əgər Moskva cavab tədbirləri görsə və ya gözlənilmədən məhkəmə vasitəsilə öz aktivlərini bərpa etsə, mümkün maliyyə məsuliyyətindən qorunmaqda israr edir.

Daha əvvəl Avropa Şurasının sədri Antonio Kosta Zelenskini 18 yanvarda Avropa Şurasının iclasında iştirak etməyə dəvət etmişdi. Lakin Ukrayna mediasının məlumatına görə, Ukrayna Prezidenti tədbirə şəxsən qatılmayacaq və məsafədən iştirak edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026