"Stressin özü deyil, ona verdiyimiz reaksiya daha önəmlidir".
Bakıvaxtı.az xəbər verir ki, bunu bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova deyib.
Onun sözlərinə görə, həyatda hər cür hadisə baş verə bilər, biz isə onu stress kimi də, daha sakit və normal bir vəziyyət kimi də qəbul edə də bilərik:
"Yəni üzərində işləməli olduğumuz əsas məqam stressə olan reaksiyamızdır. Çünki ətrafımızda baş verən hadisələri hər zaman dəyişmək mümkün olmur, amma öz reaksiyalarımıza və bədənimizin verdiyi cavablara biz özümüz nəzarət edə bilərik. Öz hisslərimizlə işləmək, onları tanımaq və idarə etmək vacibdir".
Terapevt qeyd edib ki, bu baxımdan insanın ilkin mərhələdə etməli olduğu minimum addımlar var. Dediyinə görə, burada da hərəkətdə və qidalanmada olduğu kimi fərdi yanaşma əsasdır:
"Uşaq, qadın və kişi üçün sağlam həyat tərzi tövsiyələri eyni ola bilməz, hər kəsə ayrıca yanaşmaq lazımdır".
Zeynəb Rzayeva
Bakı 




