• Bakı C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.1421

Aİ-nin Ermənistanla "strateji tərəfdaşlığı" qarşıdurmaya xidmət edir - AÇIQLAMA

SİYASƏT

17 Dekabr 2025 | 17:31

Aİ-nin Ermənistanla strateji tərəfdaşlığı qarşıdurmaya xidmət edir - AÇIQLAMA

“Avropa İttifaqı bu cür hərəkətlərlə, strateji korafəmliyə yol verməklə qurumun maraqlarının əleyhinə siyasət yeridən qüvvələrin dəyirmanına su tökür".

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Sahib Alıyev deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının Ermənistana dəstək kimi qiymətləndirilən "strateji tərəfdaşlıq" sənədi regionda sülh gündəliyinin əleyhinədir:

"Avropa İttifaqı dərk etməlidir ki, Cənubi Qafqazda sülhün baş tutmaması, qarşıdurma atmosferinin davam etməsi ən çox hansı dövlətin maraqlarına cavab verir? Məhz Aİ ilə Ermənistan arasındakı bu sənədin imzalanmasından sonra Rusiya və İranın sülh gündəliyini, eyni zamanda Zəngəzur dəhlizini hədəfə alan birgə açıqlamalarını gördük. "Tramp marşrutu"na qarşı çıxmağa cəhdlər edilir”.

Sahib Alıyev, deputat

Müsahibimizin dediyinə görə,  Rusiya iddia edir ki, Mehridən keçən dəmiryol xətti onun mülki imiş. Sovet dövründə Mehridən keçən dəmiryol xətti Azərbaycan Dəmiryollarına aid nəqliyyat olub. Bunun Rusiyaya heç bir aidiyyəti yoxdur:

“Bu cür iddialar əsassızdır. Əfsuslar olsun ki, Ermənistan hökumətinin sülh gündəliyinin əleyhinə yönəlik addımları da bu cür hallara rəvac verir. Amma istənilən halda Azərbaycanın özünün və müttəfiqlərinin imkanları Zəngəzur dəhlizinin reallaşmasını gerçəkləşdirəcək".

Aydın Baxış


SON XƏBƏRLƏR