"Sağlamlığın düzgün idarə olunması ilk növbədə daxili motivasiya tələb edir. Yəni, sağlam olmaq üçün hər kəsin özündə səbəb və istək olmalıdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova deyib.
Onun sözlərinə görə. bəzən insanlar profilaktik müayinələr və ya bəzi müalicə tövsiyələri üçün müraciət edirlər:
"Bu yaxınlarda 70 yaş civarında bir xəstəmiz gəldi. Anamnezini soruşduqda dedi ki, heç bir xroniki xəstəliyi yoxdur, heç bir dərman qəbul etmir və gündəlik 15 min addım atır. Başqa bir yaşlı xəstəmiz də heç bir xroniki xəstəliyi olmadan, sadəcə meditasiya ilə həyatını davam etdirir".
Terapevtə görə, belə nümunələr göstərir ki, sağlam həyat tərzi sürən insanlar həqiqətən də fəal yaşlanırlar:
"Düzgün idarə olunan həyat tərzi, sağlamlığın qorunmasında və keyfiyyətli yaşlanmada əsas rol oynayır".
Zeynəb Rzayeva
Bakı 




