İngiltərənin "Makklsfild" komandasının futbolçusu Etan Mak-Leod faciəvi şəkildə vəfat edib.
Bakıvaxtı.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı hücumçu avtomobil qəzasında dünyasını dəyişib.
Hadisə ötən gün baş verib. İngiltərəli forvardın idarə etdiyi maşın yol kənarındakı maneəyə çırpılıb.
Qeyd edək ki, Etan Mak-Leod İngiltərədə istedadlı futbolçulardan hesab olunurdu.
Bakı 




