Avropada yayılmaqda olan yeni qrip ştamı səhiyyə xidmətlərinə güclü təzyiq göstərir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Kluge bildirib.
Onun sözlərinə görə, qrip hər il qış mövsümündə müşahidə olunur, lakin bu il vəziyyət fərqlidir. "Xəstəliyin kiçik genetik mutasiyası belə səhiyyə sisteminə böyük təzyiq göstərə bilər," – deyə Kluge vurğulayıb.
Proqnozlara əsasən, Avropada qrip mövsümü dekabrın sonu və ya yanvarın əvvəlində zirvəyə çatacaq. O, vəziyyətin ciddi olduğunu, lakin COVID-19 pandemiyası dövründəki kimi qlobal fövqəladə vəziyyət səviyyəsinə çatmadığını qeyd edib.
ÜST-nin məlumatına görə, Avropada təsdiqlənmiş qrip hallarının təxminən 90 %-i A(H3N2) virusuna – "Honkonq qripi" kimi tanınan ştama aiddir.
Fransada tibbi xidmətlər bu ştamın müxtəlif yaş qrupları arasında güclü aktivliyini müşahidə edir. İspaniyada qripə yoluxma halları artıq ötən ilin göstəricilərini keçib. Almaniyada isə qrip mövsümü adi vaxtdan iki-üç həftə əvvəl başlayıb.
Bakı 




