Gəncədə İsmət Qayıbov adına 1 nömrəli orta məktəbdə dördüncü sinif şagirdi göz nahiyəsindən xəsarət alıb.
Bakıvaxtı.az Oxu.Az-a istinadən xəbər verir ki, ilkin ehtimallara görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.
Məlumata görə, dördüncü sinif şagirdi digər məktəbli yoldaşının qayçı ilə ehtiyatsız davranışı nəticəsində gözündən xəsarət alıb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, dekabrın 17-si saat 14:10-da 2016-cı il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Oftalmologiya şöbəsinə hospitalizasiya olunub:
"Sol gözün travması, dərin korneoskleral yaralanma, qişaların çölə çıxması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə təxliyə olunub".
Qeyd edək ki, məsələ ilə bağlı ilk məlumatı "Qafqazinfo" saytı yayıb.
Bakı 




