"Ötən gün saat 14:14 radələrində “BakuBus” MMC-nin istismarında olan 88A nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində Afiyəddin Cəlilov küçəsində, yol-nəqliyyat hadisəsi baş verib".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə News24.az-ın sorğusuna cavab olaraq "Bakubus"dan məlumat verilib.
Bildirilib ki, hadisə piyada keçidi nəzərdə tutulmayan ərazidən piyadanın yolu keçməsi nəticəsində baş verib: "Hadisə ilə bağlı Təcili tibbi yardım xidmətinə və aidiyyəti dövlət qurumlarına məlumat verilib. Eyni zamanda yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə bütün sərnişinlərin piyada keçidi nəzərdə tutulmayan ərazilərdən yolu keçməmələrini xahiş edirik".
***
16:47
Bakıda marşrut avtobusu hamilə qadını vurub
Bakıvaxtı.az News24.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Afiyəddin Cəlilov küçəsində qeydə alınıb.
“Bakubus”a məxsus avtobus hərəkətdə olduğu zaman qarşısına çıxan hamilə qadını vurub.
Nəticədə qadın ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.
Hadisə şahidlərinin bildirdiyinə görə, qadın piyada hərəkət edərkən telefonla danışa-danışa avtobusun qarşısına çıxıb.
Bakı 





