• Bakı 21° C

    11.41 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Aİ səfirləri Rusiyaya qarşı sanksiyaların müddətini uzadıblar

DÜNYA

12 Sentyabr 2025 | 15:07

Aİ səfirləri Rusiyaya qarşı sanksiyaların müddətini uzadıblar

Avropa İttifaqı (Aİ) ölkələri Ukraynada münaqişənin başlamasından sonra Rusiyaya qarşı tətbiq edilən fərdi sanksiyaların altı ay müddətinə uzadılmasını razılaşdırıblar. 

Bakıvaxtı.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.

"Biz Rusiyaya qarşı sanksiyaları uzatdıq. Eyni zamanda, 19-cu paket üzərində işləri tamamlayırıq - Rusiya neftinin satışına, kölgə neft tankerlərinə və banklara əlavə məhdudiyyətləri nəzərdən keçiririk. Biz Putini müharibə aparmaq üçün puldan məhrum etməyə davam edəcəyik", - o yazıb.

KİV-in məlumatına görə, sanksiyalar 2500-dən çox fiziki və hüquqi şəxsi əhatə edir. Məhdudlaşdırıcı tədbirlər sonuncu dəfə bu ilin mart ayında uzadılmışdı.


SON XƏBƏRLƏR