Almaniya PUA insidentindən sonra Polşa ilə sərhədə bu ölkə və Şərqi Avropa üzərində hava patrullarını genişləndirmək üçün iki “Eurofighter” təyyarəsi göndərəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnalı” məlumat yayıb.
Qeyd edək ki, sentyabrın 10-da səhər saatlarında Polşa ordusunun əməliyyat komandanlığı Polşanın hava məkanını pozan PUA kimi müəyyən edilən bir neçə obyektin məhv edildiyini açıqlayıb. Polşanın Baş naziri Donald Tuskun sözlərinə görə, sentyabrın 9-dan 10-na keçən gecə 19 hava məkanı pozuntusu qeydə alınıb. Onun sözlərinə görə, bütün PUA-lar Belarusdan uçub.