• Bakı 20° C

    8.56 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

İrakli Kobaxidze: ABŞ ilə strateji tərəfdaşlığı yeniləməyə hazırıq

DÜNYA

12 Sentyabr 2025 | 16:47

İrakli Kobaxidze: ABŞ ilə strateji tərəfdaşlığı yeniləməyə hazırıq

ABŞ ilə strateji tərəfdaşlığı səmimi şəkildə yeniləməyə hazırıq.

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Baş nazir bildirib ki, Tbilisi Vaşinqtonla strateji tərəfdaşlığı təmiz səhifədən başlamağa və konkret yol xəritəsi ilə yenidən qurmağa hazırdır.

"Bizim təklifimizlə bağlı ABŞ-nin rəsmi mövqeyinə ehtiyacımız var. İstənilən məsələnin müzakirəsinə hazırıq. ABŞ ilə strateji tərəfdaşlığı səmimi şəkildə, konkret yol xəritəsi ilə yeniləməyə hazırıq. Amma hələlik Vaşinqtondan susqunluq müşahidə olunur", - Kobaxidze deyib.

Baş nazir qeyd edib ki, Gürcüstan-ABŞ münasibətlərinin gələcəyi ABŞ daxilində siyasi mübarizənin nəticəsindən asılı olacaq:

"ABŞ-dən rəsmi mövqe gözləyirik, Gürcüstana səfirin təyin olunmasını da səbirlə gözləyəcəyik. Münasibətlərin yenidən qurulması Tramp administrasiyası ilə dərin dövlət arasında gedən mübarizədə kimin qalib gələcəyindən asılı olacaq. Görək bu mübarizə necə bitəcək".

Kobaxidze həmçinin ABŞ Konqresində müzakirəyə çıxarılan "Dost aktı"nın qəbulunun dayandırılmasını müsbət qiymətləndirib.

Gülşən Şərif


SON XƏBƏRLƏR