• Bakı 20° C

    12.44 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

AK Partiya sədrinin müavini Naxçıvana gedir

SİYASƏT

12 Sentyabr 2025 | 12:15

AK Partiya sədrinin müavini Naxçıvana gedir

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Naxçıvana gedir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o özünün “X” hesabında yazıb.

“Bu gün Naxçıvan-İğdır xəttində ilk dayanacağımız, Türk Dünyasının strateji mərkəzlərindən biri olan “Türk Qapısı” adlandırdığımız Naxçıvan olacaq.

Gələcəkdə Azərbaycan-Türkiyə qardaşlığının bölgədə yaradacağı sülh və rifah mühiti Naxçıvan xəttindən yüksələcək”, - o bildirib.

Onun Naxçıvana yerli vaxtla 15:40-da çatması planlaşdırılır. Daha sonra bir sıra görüşlər baş tutacaq. Kürşad Zorlu növbəti gün İğdıra ziyarət edəcək.


SON XƏBƏRLƏR