Polşa, Latviya və Litva Belarusun "Zapad-2025" təlimlərini müşahidə etmək dəvətini qəbul etməyib.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç açıqlama verib.
Volfoviç Təlimin sırf müdafiə xarakteri daşıdığını vurğulayan dövlət katibi bildirib ki, təlim üçün qarşıya qoyulan məqsədlər, ilk növbədə, İttifaq dövlətinin hərbi təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlərin işlənib hazırlanmasıdır:
"Təəssüf ki, bizim təlimlərin gedişatını müşahidə etmək dəvətimiz Polşa, Litva və Latviya tərəfindən qəbul edilmədi. Təlim Qərb qonşularımız və Qərb tərəfdaşlarımız üçün heç bir təhlükə yaratmır. Polşa və Baltikyanı ölkələrin rəhbərliyi bilirlər ki, bu, sadəcə təlimdir".
Qeyd edək ki, "Zapad-2025" təlimləri sentyabrın 12-nə keçən gecə başlayacaq və sentyabrın 16-dək davam edəcək.
Gülşən Şərif