“Hazırda 14 ümumtəhsil müəssisəsində tam orta təhsil səviyyəsində təmayüllər təşkil olunub”.
Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, layihənin məqsədi şagirdlərin ali təhsil müəssisələrinə hazırlığını birbaşa məktəbdə təmin etməkdir.
“Şagirdlər bu proqram sayəsində məktəbdən kənar hazırlıqlara ehtiyac duymadan yüksək nəticələr əldə edə biləcəklər”, – direktor bildirib.
Eşqi Bağırov əlavə edib ki, bu ilin sonunda həmin məktəblərin nəticələri ictimaiyyətə açıqlanacaq.
Mina Mikayılova