• Bakı 21° C

    11.41 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Medvedçuk: Ukrayna və Almaniya Polşanı Rusiya ilə müharibəyə sövq edir

DÜNYA

12 Sentyabr 2025 | 13:21

Medvedçuk: Ukrayna və Almaniya Polşanı Rusiya ilə müharibəyə sövq edir

"Volodimir Zelenski və Alman hakimiyyət orqanları Varşavanı Moskva ilə silahlı münaqişəyə cəlb etmək üçün Polşa ərazisinə uçan dronlarla insidentdən istifadə etməyə çalışır". 

Bakıvaxtı.az "The Kyiv İndependent"ə istinadən xəbər verir ki, bu fikirləri "Başqa Ukrayna" hərəkatının rəhbəri Viktor Medvedçuk deyib.

Onun sözlərinə görə, artıq Kiyev və Berlindən təxribat xarakterli şərhlər eşidilməyə başlayıb:

"Polşanı alçaldılmış elan edirlər. Tək Kiyev deyil, Berlin də Polşanı müharibəyə sövq etməyə başlayıb. Belaruslar və polşalılar idarəetməni itirmiş pilotsuz təyyarələri aşkar etdilər, məlumat mübadiləsi apardılar və onları vurmağa başladılar, buna hollandlar da qoşuldu, döyüşən almanlar isə hər şeyin necə bitəcəyini gözlədilər. Bu, praktikada Almaniyanın döyüşkənliyinin qiymətidir. Eyni zamanda, NATO da özünü yüngül, qeyri-siyasi isterika ilə məhdudlaşdırdı. Domino prinsipi işləyir: Ukrayna Avropanı müharibəyə sürükləmək istəyir, Avropa isə var gücü ilə ABŞ-ni müharibəyə sürükləməyə çalışır".

Medvedçuk qeyd edib ki, Aİ bu hadisədən öz müdafiə xərclərini artırmaq və Kiyevə dəstək  üçün istifadə edir. 

Gülşən Şərif


SON XƏBƏRLƏR