• Bakı 20° C

    8.56 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Bu küçədə təmir işləri aparılacaq

HADİSƏ

12 Sentyabr 2025 | 16:23

Bu küçədə təmir işləri aparılacaq

Sabah saat 08:00-dan sentyabr 14-ü 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin A.A.Bakıxanov küçəsindən B.Bağırov küçəsinədək olan hissəsində təmir işləri aparılacaq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata əsasən, bu səbəbdən qeyd olunan müddətdə sözügedən yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Qurum sürücülərdən hərəkətlərini öncədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələrini xahiş edir.


SON XƏBƏRLƏR