İranın Loristan əyalətində sursat daşıyan dəstənin üzvləri həbs olunub, onlardan 22 mindən artıq döyüş patronu aşkarlanaraq götürülüb.
Bakıvaxtı.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu Loristan əyaləti polis komandanı polkovnik Yəhya Elahi bildirib.
Onun sözlərinə görə, şübhəlilər polis əməkdaşlarını görən kimi qaçmağa çalışıb: “Ancaq polis əməkdaşları atəş açmaqla patron daşıyan iki maşını ələ keçirib, üç şübhəli isə həbs edilib: “Avtomobillərə baxış keçirilən zamanı 22 mindən çox döyüş patronu aşkar edilib”.
Polis komandirinin sözlərinə görə, şübhəlilər sursatı İranın qərb əyalətlərindən yükləyib, onu ölkənin cənub əyalətlərinə daşımaq niyyətində olublar.