Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az Shimal.news-a istinadən xəbər verir ki, xanım sürücünün idarə etdiyi “Changan” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı avtomobilə ciddi ziyan dəysə, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.