• Bakı 23° C

    11.54 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Zelenski Səfərov qardaşlarının qətlinə görə Prezidentə başsağlığı VERDİ

SİYASƏT

01 Iyul 2025 | 19:08

Zelenski Səfərov qardaşlarının qətlinə görə Prezidentə başsağlığı VERDİ

İyulun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Volodimir Zelenski Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarda həmvətənlilərimizin qətlə yetirilməsi ilə bağlı Ukrayna ictimaiyyətinin başsağlığını çatdırıb.

Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib.

Prezident Volodimir Zelenski, həmçinin Ukrayna vətəndaşlarının İrandan təxliyəsi məsələsində Azərbaycanın dəstəyinə görə dövlət başçısına təşəkkür edib.

Telefon söhbəti əsnasında ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Hökumətlərarası Komissiyanın iclasının tezliklə Bakıda keçirilməsi ilə bağlı razılıq əldə olunub. Azərbaycanın və Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə bir daha qarşılıqlı dəstək ifadə edilib.

Ukrayna Prezidenti, eyni zamanda, Azərbaycanın ölkəsinə göstərdiyi humanitar yardımlara görə də minnətdarlığını bildirib.


SON XƏBƏRLƏR

01 Iyul 2025