• Bakı 23° C

    11.54 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Bakıda saxlanılan Rusiya vətəndaşları barədə QƏRAR VERİLDİ - YENİLƏNİB

CƏMİYYƏT

01 Iyul 2025 | 23:20

Bakıda saxlanılan Rusiya vətəndaşları barədə QƏRAR VERİLDİ - YENİLƏNİB

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə yeddi nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

***22:33

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovanın hakimliyi ilə keçirilən prosesdə dörd nəfərin barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, saxlanılan şəxslər bir-bir məhkəməyə çıxarılır. Daha 4 nəfərin məhkəməsi davam edir.

İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfərin hamısı Rusiya vətəndaşlarıdır.

***22:15

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə iki nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, şəxslər bir-bir məhkəməyə çıxarılır, 6 nəfərin məhkəməsi davam edəcək.

    İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfər Rusiya vətəndaşıdır.

     

    ***20:55

    Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranzitində, dövriyyəsində və kiberdələduzluqda bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb.

    Bakıvaxtı.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində onların təqdimatına baxılır./Apa


    SON XƏBƏRLƏR

    01 Iyul 2025