• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Orduda buraxılış mərasimi keçirildi - VİDEO

CƏMİYYƏT

31 Iyul 2025 | 18:41 | Müəllif: Subhan Mahmudov

Orduda buraxılış mərasimi keçirildi - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti  "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. 

Bakıvaxtı.az xəbər verir ki, mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər məzunlara Vətənə və hərbi anda sadiq olmağı, hərbçi şərəfini hər zaman uca tutmağı,  bilik və bacarıqlarını daim inkişaf etdirməyi tövsiyə edib, xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

Məzunlar kurs müddətində qazandıqları bilik və praktiki vərdişlərdən faydalanmaqla qarşıya qoyulan tapşırıqları vicdanla yerinə yetirəcəklərinə, Vətən torpaqlarını layiqincə qoruyacaqlarına söz veriblər.

Hərbi qulluqçulara sertifikatlar təqdim olunduqdan sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Sonda hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026