• Bakı C

    6.14 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Ağdam Dəmir Yol Vağzalı 1000 nəfər sərnişinə xidmət göstərəcək

CƏMİYYƏT

30 Avqust 2025 | 14:03

Ağdam Dəmir Yol Vağzalı 1000 nəfər sərnişinə xidmət göstərəcək

"Ağdam Dəmir Yol və Avtovağzal Kompleksində dəmiryol vağzalı bu gündən gündəlik 800-1000 nəfər sərnişinə xidmət göstərəcək".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin sədrinin müavini Nicat Quliyev jurnalistlərə açıqlamasında bildirib.

"Azərbaycanın və Qarabağ iqtisadi regionunun ilk multimodal nəqliyyat mərkəzi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin ərazisi 8 hektara yaxındır. Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz bu kompleksdə tikilib, uzunluğu 350 metrdir. Bu kompleksdə dəmiryol vağzalı bu gündən gündəlik 800-1000 nəfər sərnişinə xidmət göstərəcək. Avtovağzaldan isə hər gün 1300-1500 nəfər sərnişin istifadə edə biləcək", - deyə o qeyd edib.


SON XƏBƏRLƏR

17 Yanvar 2026