• Bakı 19° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Ölkəmizə idxal olunan səkkizayaqlı ilbiz xaricə 8-9 dəfə baha ixrac olunur

CƏMİYYƏT

29 Sentyabr 2025 | 12:21

Ölkəmizə idxal olunan səkkizayaqlı ilbiz xaricə 8-9 dəfə baha ixrac olunur

Cari ilin yanvar-iyul aylarında Azərbaycana ümumilikdə 3,51 ton dondurulmuş səkkizayaqlı ilbiz idxal edilib. Məhsulların ümumi dəyəri 32,87 min ABŞ dolları təşkil edib.

Ölkəmizdə bu ilbizlərə maraq elə də çox deyil. Bu halda kq-ı 139 manata satılan ilbisin idxalının çox olması nəylə bağlıdır?

Mövzu ilə bağlı iqtisadi Razi Abasbəyli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda xüsusən də daxili bazarda dəniz məhsullarına elə də çox tələbat yoxdur.

Onun sözlərinə görə, əsasən Bakıdakı restoranlar, hotellər və turistik məkanlarda menyulara xarici qonaqlar üçün bu cür qidalar təklif olunur. Bu isə müəyyən qədər beynəlxalq mətbəx tələbatı yaradır və nəticə etibarilə səkkizayaqlı ilbiz də qida rasionuna əlavə olunur:

"Ölkəmizin 3.51 ton dondurulmuş səkkizayaqlı ilbiz idxal etməsi elə də böyük rəqəm deyil. Çünki bu məhsullar təkcə daxili tələbat üçün deyil, ölkəmizə gətirilərək emal və qablaşdırma həyata keçiriləndən sonra xarici ölkələrə reeksport edilə bilir. Bu barədə əlimizdə statistika olmasa da, 2019-cu ildə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qurbağa ayağı və səkkizayaqlı ilbizin Avropa İttifaqı ölkələrinə ixracatı ilə bağlı ilkin səlahiyyətləndirmə sənədini təqdim etmişdi. Ölkəyə gətirilən dondurulmuş səkkizayaqlı ilbizin müəyyən hissəsi daxildə istifadə edilsə də, daha çox hissəsi Avropa ölkələrinə ixrac olunur".

Razi Abbasbəyli, iqtisadçı

R.Abasbəylinin fikrincə, dondurulmuş səkkizayaqlı ilbizin ümumi dəyəri olan 32,87 min ABŞ dollarının idxal qiyməti təxminən 9.4 dollar (16 manat) edir. Azərbaycanda isə bu məhsulun satış qiyməti 139 manatdır. Bu, idxal qiymətindən 8-9 dəfə yüksək bir rəqəmdir.

"Rüsumları, logistik xərcləri, seqment və s. qiymətləndirmə prinsiplərini nəzərə alsaq, idxal qiymətinin aşağı olmasına baxmayaraq, ilbizin daxili bazarda 139 manata təklif olunması normaldır. Ümumilikdə bu məbləğ çox böyük gəlir deməkdir. Çünki ölkəmizə idxal olunan səkkizayaqlı ilbiz xarici ölkələrə 8-9 dəfə baha qiymətə ixrac olunur. Yəni, bu məsələ sırf daxili tələbatla bağlı deyil", - deyə iqtisadçı qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

28 Sentyabr 2025