Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi Əhliman Gənciyev barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, məhkəmə Ayaz, Akif və Məzahir Səfərovlar barəsində həbs qətimkan tədbiri seçib. Bu gün çərşənbə axşamı isə Bəkir Səfərovun həbs olunduğu məlum olub.
Əhliman Gyancıyevin vəkili İlkin Əmirov jurnalistlərə açıqlamasında bildirib ki, Əhliman Gənciyev günahsızlığını sübut etmək üçün bu cinayətin açılmasında fəal iştirak edəcək.
Ə.Gənciyev barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “g” bəndi ilə iş açılıb.