• Bakı 11° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Pezeşkian: "Ölkədə su böhranı ciddi həddədir"

DÜNYA

31 Iyul 2025 | 16:43 | Müəllif: Əli Hüseynov

Pezeşkian: "Ölkədə su böhranı ciddi həddədir"

İran prezidenti Məsud Pezeşkian ölkəsində su böhranının ciddi olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, Zəncan vilayətində keçirilən iclasda su ehtiyatlarının sürətlə azaldığını və quraqlıq riskinin artdığını vurğulayıb.

Prezident qeyd edib ki, suya nəzarət olunmazsa, ölkənin bir çox şəhərlərində problemlər yaranacaq.

Pezeşkianın sözlərinə görə, sentyabr və oktyabr aylarında bəndlərdə su tükənə bilər. O, Tehranda da su çatışmazlığının baş verəcəyini və ciddi çətinliklərin qaçılmaz olduğunu deyib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026