• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Almaniya kansleri: "Avropanı yalnız mən birləşdirə bilərəm"

DÜNYA

30 Avqust 2025 | 16:39 | Müəllif: Gülşən Şərif

Almaniya kansleri: "Avropanı yalnız mən birləşdirə bilərəm"

Avropa İttifaqını (Aİ) Ukrayna məsələsində yalnız Almaniya kansleri birləşdirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts deyib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsinə münasibətdə Aİ-də birliyin təmin olunması yalnız Almaniya hökumətinin başçısının üzərinə düşə bilər.

"Əgər Almaniya kansleri avropalıların birliyini təmin etmək, müharibə və sülh kimi məsələlərdə Avropa səviyyəsində koordinasiyanı öz üzərinə götürməzsə, bunu Avropada heç kim edə bilməz".

O bildirib ki, Almaniya liderlik göstərməyə hazır olarsa və Aİ daxilində həmrəylik qorunarsa, bu, həm Avropanın səsinin eşidilməsinə, həm də ümumi maraqların müdafiəsinə imkan yaradacaq:

"Əgər Almaniya liderliyə hazırdırsa və Avropa bir yerdə qalmağı bacarırsa, bizim səsimizi eşitmək və maraqlarımızı irəli sürmək şansımız olacaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026