• Bakı 19° C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.9937

    RUB - 2.035

Cənubi Afrikada G20 Rəqəmsal İqtisadiyyat Nazirlər Şurasının açılışı olub

DÜNYA

29 Sentyabr 2025 | 15:44

Cənubi Afrikada G20 Rəqəmsal İqtisadiyyat Nazirlər Şurasının açılışı olub

Afrikanın Keyptaunda keçirilən iclasda G20-nin bütün ölkələrindən nümayəndələr iştirak ediblər.

Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki, iclasda Cənubi Afrika G20 sədri kimi regionlar arasında qlobal rəqəmsal keçidi idarə etmək yollarına diqqət yetirib. Məqsəd həm də etibarlı və davamlı rəqəmsal şəbəkələri saxlamaqdır. 

İclasda Cənubi Afrika Respublikasının Rabitə və Rəqəmsal Texnologiyalar naziri Solli Malatsi bildirib ki, dünyada milyonlarla insanın internetə çıxışı yoxdur və bu vəziyyət mümkün qədər tez düzəldilməlidir:

"Rəqəmsal şəbəkələrə çıxış artıq imtiyaz deyil. Bu, iqtisadi iştirak, təhsil və innovasiya üçün ilkin şərtə çevrilib. Bizim vəzifəmiz rəqəmsal şəbəkələrə çıxışın universal olmasını və hər kəs üçün reallığa çevrilməsini təmin etməkdir".

Gülşən Şərif


SON XƏBƏRLƏR