• Bakı 19° C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.9937

    RUB - 2.035

Peskov: Ukrayna ilə danışıqların bərpasında heç bir irəliləyiş yoxdur

DÜNYA

29 Sentyabr 2025 | 15:17

Peskov: Ukrayna ilə danışıqların bərpasında heç bir irəliləyiş yoxdur

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların bərpası ilə bağlı heç bir irəliləyiş yoxdur və bu, Rusiyanın günahı deyil. 

Bakıvaxtı.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Dmitri Peskov Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların mümkün bərpası əlamətlərinin olub-olmaması ilə bağlı sualı cavablandırıb.

O, açıqlamasında "Hələlik burada heç bir sürət yoxdur və bu, bizim günahımız deyil" sözlərini söyləyib.

Qeyd edək ki, iyulun 23-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu keçirilib. Tərəflər ağır yaralı və xəstə heyətin qeyri-müəyyən müddətə tibbi mübadiləsini davam etdirmək barədə razılığa gəliblər. Rusiya həmçinin Ukraynaya siyasi, humanitar və hərbi məsələlər üzrə onlayn rejimdə işləyəcək üç işçi qrupu yaratmağı təklif edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR