• Bakı 16° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Bütün Rusiyada sirenlər səslənəcək

DÜNYA

29 Sentyabr 2025 | 14:14

Bütün Rusiyada sirenlər səslənəcək

Oktyabrın 1-də Rusiya xəbərdarlıq sistemlərini ölkə daxilində sınaqdan keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "Telegram" kanalında məlumat verilib.

Məlumata görə, Rusiya regionlarında ictimai xəbərdarlıq sistemlərinin planlı, genişmiqyaslı təftişi aparılacaq. Bu sistemlər təbii və ya texnogen xarakterli təhlükə və ya fövqəladə hallar zamanı əhalini operativ şəkildə xəbərdar etmək üçün nəzərdə tutulub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, yoxlama zamanı sirenlər və səsgücləndiricilər işə salınacaq, zəruri teleradio kanalları dəyişdiriləcək.

Fövqəladə Hallar Nazirliyi sakinləri sakit olmağa, panikaya düşməməyə və yayımlanacaq məlumat anonsuna qulaq asmağa çağırıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

21 Noyabr 2025