Moldova parlament seçkilərində verdiyi səslə birmənalı olaraq Avropanın gələcəyinə "hə" dedi.
Bakıvaxtı.az "The Sun"a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" hesabınd yazıb.
O, paylaşımında "Rusiyanın dezinformasiya yaymaq və səsləri satın almaq üçün kütləvi səylərinə baxmayaraq, heç bir qüvvə azadlığa sadiq insanları dayandıra bilməz. Biz Moldovanın Avropa Birliyinə gedən yolunda yanındayıq" sözlərini yazıb.
Sentyabrın 28-də keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyası 50,2 faiz səs toplayıb. Rusiyayönlü Vətənpərvərlər Bloku isə 24,2% səs toplayıb.
Gülşən Şərif