Krımda hər müştəri üçün 30 litrdən çox olmayan yanacaq satışı limiti tətbiq olunub.
Bakıvaxtı.az "Blomberg"ə istinadən xəbər verir ki, bununla bağlı Krımın qubernatoru Sergey Aksyonov "Telegram" kanalında paylaşım edib.
Aksyonovun sözlərinə görə, respublikanın əsas neft treyderləri ilə işgüzar görüş zamanı 30 gün müddətinə sabit yanacağın qiyməti barədə razılıq əldə olunub:
"Bu gündən etibarən hər müştəri üçün 30 litrdən çox olmayan yanacaq satışı limiti tətbiq edilir. Mən krımlılardan xahiş edirəm ki, benzin ehtiyatı saxlamasınlar və avtomobillərini həmişəki kimi yanacaqla doldursunlar".
O, həmçinin bildirib ki, bütün sosial obyektlər, kommunal xidmətlər, qəza xidmətləri yanacaqla tam təmin olunub.
Gülşən Şərif