• Bakı 18° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Əfqanıstan ilk dəfə Rusiyaya nar ixrac edib

İQTİSADİYYAT

28 Oktyabr 2025 | 16:59

Əfqanıstan ilk dəfə Rusiyaya nar ixrac edib

Əfqanıstanın qərbindəki Herat əyalətindəki Torqundi limanı vasitəsilə ilk dəfə olaraq Rusiyaya təzə nar ixrac edib.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid "X" hesabında paylaşım edib.

O, paylaşımda "Bu proses meyvə, xüsusilə də nar üçün əhəmiyyətli bazar yaradacaq və bununla da ölkənin ixrac sektorunun daha da inkişafına töhfə verəcək" sözlərini yazıb.

Qeyd edək ki, Əfqanıstan Pakistana, ilk növbədə, təzə və quru meyvələr ixrac edir. Lakin iki ölkə arasında son zamanlar sərhəd gərginliyi bu ticarət axınını pozub. Nəticədə Əfqanıstan Mərkəzi Asiya ölkələrinə, o cümlədən Tacikistan, Özbəkistan və Türkmənistana ixracını xeyli artırıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR