Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin tərəfindən “İSUZU” markalı avtobusda baş vermiş yanğın yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtobusun yanar hissələri yanıb.
Xəsarət alan yoxdur.
***
11:49
Sumqayıt şəhərində avtobus yanır.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrarayon ərazisində baş verib.
Belə ki, ərazidə hərəkətdə olan 2 nömrəli avtobus alışaraq yanıb.
Yanğın nəticəsində avtobus tamamilə yararsız vəziyyətə düşüb.