• Bakı 22° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Azərbaycanda problemli kreditlərin məbləği artıb

İQTİSADİYYAT

29 Sentyabr 2025 | 10:47

Azərbaycanda problemli kreditlərin məbləği artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 530,9 milyon manat təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,3 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 18,2%, son 1 ildə isə 12,2 % artıb.

Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət iyulun sonuna da 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il avqustun sonuna isə 1,7 % olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026