Rusiya büdcəsindən hüceyrənin qocalması proseslərinin qiymətləndirilməsi və qocalmanın səbəblərinin müəyyənləşdirilməsinə yönəlmiş tədqiqatlara 275,4 milyon rubl ayrılacaq.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, 2026-2027-ci illərdə hüceyrələrin qocalma proseslərinin qiymətləndirilməsinə və qocalmanın səbəblərini müəyyən etməyə yönəlmiş tədqiqatların aparılması hər il 137,7 milyon rubla başa gələcək.
Mina Mikayılova