Vyetnamda "Bualoi" qasırğası nəticəsində 12 nəfər həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, Hue və Thanh Hoa bölgələrində güclü külək və selin yaratdığı fəsadlar səbəbindən yüzlərlə ev ziyan görüb.
Məlumata görə, Fövqəladə Halların Qarşısının Alınması və Nəzarət İdarəsi 17 balıqçının itkin düşdüyünü açıqlayıb. Təxminən 30 min insan təhlükəsiz ərazilərə təxliyə edilib.
Qasırğa səbəbindən dörd hava limanında uçuşlar dayandırılıb, Laos istiqamətində hərəkət etdiyi bildirilir.
Əli Hüseynov