"Ermənistanda hazırda baş verən hadisələr əvvəlcədən planlaşdırılmış və təşkilati formada həyata keçirilən prosesin tərkib hissəsidir".
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
Ekspert bildirib ki, Ermənistanın mövcud hökumətinin danışıqlar masasına gəlməsi və bir sıra şərtləri icra etməyə başlaması həm daxildə, həm də xaricdə bəzi qüvvələri hərəkətə keçirib:
"Azərbaycan və Ermənistan arasında 8 avqustda ABŞ-də imzalanmış anlaşmadan sonra yeni bir mərhələ başlandı. Artıq bundan sonra Azərbaycan və Ermənistan diplomatik əlaqələrin qurulması yönündə konkret addımlar atmalıdır. İlk növbədə Azərbaycanın və Türkiyənin şərtləri yubadılmadan icra olunmalı, İrəvan hökuməti Konstitusiya dəyişikliyinə getməlidir. Paşinyan yaxşı başa düşür ki, daxildəki radikal ultra-radikal qüvvələri zərərsizləşdirmədən hədəflədiyi prosesləri həyata keçirmək heç də asan olmayacaq”.
Sanir Hümbətov, politoloq
Onun sözlərinə görə, bu gün üç ölkədən - Fransa, Rusiya və ABŞ-dən qidalanan erməni lobbisi, Kilsə Paşinyan hökumətinə birmənalı qarşıdır. Müsahivimiz hesab edir ki, ötən gün müxalifət nümayəndəsinin öldürülməsi belə xaricdən xüsusi xidmət orqanlarının təxribatı da ola bilər:
“Bu hadisəni Paşinyan hökumətinin üzərinə atmaqla ölkə daxilində xaotik vəziyyətin yaranmasına və onu devirməyə çalışırlar. Ancaq bu cür gedişlər effektiv olub-olmayacağını zaman göstərəcək. Paşinyanın atacağı addımlardan və cəmiyyətin ona reaksiyasından çox şey asılıdır".
Aydın Baxış