• Bakı 17° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

Hakimiyyəti devirməyə çağırış edən erməni keşişin həbsi istənildi

DÜNYA

29 Sentyabr 2025 | 17:11

Hakimiyyəti devirməyə çağırış edən erməni keşişin həbsi istənildi

Ermənistanda dövlət ittihamçısı arxiyepiskop Mikael Acapaxyanın həbsdə keçirdiyi müddət çıxılmaqla 2,5 il həbs cəzasına məhkum edilməsini tələb edir.

Bakıvaxtı.az xəbər verir ki, prokuror Arman Bağdasaryan bu tələbini bugünkü məhkəmə iclasında səsləndirib.

Onun işi üzrə hökm oktyabrın 3-də çıxarılacaq.

Məhkəmə sentyabrın 24-də Ermənistan Apostol Kilsəsinin Şirak yeparxiyasının başçısı Acapaxyanı hakimiyyəti devirməyə çağırışda təqsirli bilib. O, bu ilin iyun ayının sonunda hakimiyyəti devirməyə açıq çağırış ittihamı ilə həbs edilib.

Səbəb onun köhnə müsahibələri olub ki, burada o, Ermənistanın hazırkı rəhbərliyini ölkə üçün fəlakətli kurs həyata keçirməkdə günahlandırıb və çevriliş zərurətindən danışıb.


SON XƏBƏRLƏR

17 Noyabr 2025