Çinin "Huawei Technologies" şirkəti gələn il özünün ən qabaqcıl 910C Ascend AI çiplərinin istehsalını bu illə müqayisədə təxminən iki dəfə artıraraq 600 000-ə çatdırmağı planlaşdırır.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə şirkət açıqlama yyaıb.
Açıqlamaya görə, şirkət həmçinin 2026-cı ildə Ascend çipləri üçün kristalların ümumi istehsalını 1,6 milyona çatdırmaq niyyətindədir.
Xatırladaq ki, sentyabrın əvvəlində "Huawei" AI çiplərindən istifadə edərək dünyanın ən güclü hesablama klasterini quracağını elan edib.
Gülşən Şərif
Bakı 



