Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutka ərzində cəbhə xəttində 136 döyüş toqquşmasının qeydə alındığını açıqlayıb.
Bakıvaxtı.az bu barədə "Ukrinform"a istinadla xəbər verir.
Belə ki, ən gərgin vəziyyət Pokrovsk istiqamətində müşahidə olunub və burada 53 hücumun qarşısı alınıb.
Ümumilikdə, Rusiya qüvvələri 1 raket, 81 hava zərbəsi endirib, 156 idarə olunan aviabombadan, 4682 mərmidən və minlərlə kamikadze drondan istifadə edib.
Ukrayna Müdafiə Qüvvələri isə cavab olaraq düşmənin şəxsi heyət və texnikasının toplandığı ərazilərə zərbələr endirib.
Əli Hüseynov