• Bakı C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.9947

    RUB - 2.092

Bakı və İrəvan arasında sülh sazişi regionda inkişaf imkanları açacaq

DÜNYA

29 Sentyabr 2025 | 17:48

Bakı və İrəvan arasında sülh sazişi regionda inkişaf imkanları açacaq

Avropa Şurasının Baş Katibi Alen Berse Strasburqda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayıb.

Bakıvaxtı.az xəbər verir ki, görüş Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində baş tutub.

A.Berse Cənubi Qafqaz regionunda sülhün təmin edilməsi ilə yaranmış yeni reallığın regionda inkişaf üçün geniş imkanlar açacağına ümid etdiyini bildirib.

Qeyd olunur ki, tərəflər Aİ ilə Ermənistan arasında əməkdaşlıq proqramlarını, ölkədə demokratik islahatları müzakirə ediblər.


SON XƏBƏRLƏR

06 Yanvar 2026