• Bakı C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

İranda təhlükəsizlik qüvvələri xəstəxanalara hücum etdi

DÜNYA

06 Yanvar 2026 | 23:48

İranda təhlükəsizlik qüvvələri xəstəxanalara hücum etdi

İranın təhlükəsizlik qüvvələri Elam şəhərində etirazçıların toplaşdığı Xomeyni xəstəxanasına hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, oxşar hadisə Tehrandakı Sina xəstəxanasında da qeydə alınıb.

Təhlükəsizlik qüvvələri Sina xəstəxanasının girişini bağlayıblar. Binadan atəş səsləri eşidilib. Bundan sonra etirazçılar ərazidən qaçmağa başlayıblar.

Bununla yanaşı, Tehranın metrostansiyalarında etirazçılara qarşı gözyaşardıcı qazın tətbiq edilməsi barədə məlumatlar daxil olub.

Qeyd edək ki, İranda rialın dəyərdən düşməsi və əhalinin rifah şəraitinin pisləşməsinə görə, etiraz aksiyaları keçirilir. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib, ölən və yaralananlar olub. Həmçinin 600-dən çox insanın saxlanıldığı bildirilir. Onların arasında yeniyetmələr də var./Report


SON XƏBƏRLƏR

07 Yanvar 2026