• Bakı C

    6.89 m/s

  • USD - 1.7

    EUR - 2.0039

    RUB - 2.2215

"7 baldan yuxarı zəlzələ olacaq" - Türkiyəyə qorxulu xəbərdarlıq

DÜNYA

05 Fevral 2026 | 22:40

7 baldan yuxarı zəlzələ olacaq - Türkiyəyə qorxulu xəbərdarlıq

Zəlzələ üzrə türkiyəli mütəxəssis Prof. Dr. Haluk Eyidoğan Mərmərə dənizində baş verməsi gözlənilən güclü zəlzələ ilə bağlı ciddi xəbərdarlıq edib.

Bakıvaxtı.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, bildirib ki, mümkün 7 və daha yüksək bal gücündə zəlzələ təkcə İstanbula deyil, Mərmərə dənizi ilə həmsərhəd olan 7-10 vilayətə təsir göstərəcək.

Eyidoğan ictimaiyyətdə geniş istifadə olunan "İstanbul zəlzələsi" ifadəsinin düzgün olmadığını vurğulayaraq, bu prosesin əslində "Mərmərə zəlzələsi" kimi qiymətləndirilməli olduğunu deyib.

Tekirdağ Böyükşəhər Bələdiyyəsi tərəfindən Yılmaz İçöz səhnəsində təşkil edilən *"Fəlakətlərə Davamlı Tekirdağ Seminarı"*nda çıxış edən professor bildirib ki, zəlzələnin episentri İstanbulun daxilində deyil, Mərmərə dənizində olacaq:

"Əgər Mərmərə dənizində 7 və ya daha yüksək bal gücündə zəlzələ baş verərsə, İstanbul da daxil olmaqla Mərmərə sahilində yerləşən 7-10 vilayət təsirlənəcək. Buna görə də bu hadisəni İstanbul zəlzələsi deyil, Mərmərə zəlzələsi adlandırmaq lazımdır".

Eyidoğan qeyd edib ki, belə bir zəlzələ təkcə regional deyil, sosial və iqtisadi baxımdan bütün Türkiyəyə mənfi təsir göstərə bilər./Milli.az


SON XƏBƏRLƏR

05 Fevral 2026