• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Rusiya Xarkovu vurdu - 11 nəfər öldü - YENİLƏNİB 

DÜNYA

07 Mart 2026 | 20:06

Rusiya Xarkovu vurdu - 11 nəfər öldü - YENİLƏNİB

Rusiyanın Xarkova hücumu nəticəsində ölənlərin sayı 11-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xilasedicilər beşmərtəbəli binanın dağıntıları altından 11 nəfərin meyitini çıxarıblar.

***

16:05

Rusiyanın Xarkova hücumu nəticəsində ölənlərin sayı artıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, ölənlərin sayı 9 nəfərə çatıb, onlardan ikisi uşaqdır. Xilasedicilər beşmərtəbəli binanın dağıntıları altından doqquz nəfərin meyitini çıxarıblar. 

***

15:04

Ukraynanın Xarkov şəhərinə genişmiqyaslı dron və raket hücumu həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, hücum nəticəsində azı ikisi uşaq olmaqla azı 7 nəfər həlak olub.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ölkənin enerji sistemi və dəmir yolu infrastrukturunu hədəf alaraq 480 dron və 29 raket buraxıb.

O qeyd edib ki, tərəfdaş ölkələr Ukraynaya hava hücumundan müdafiə sistemləri və silah dəstəyini davam etdirməlidir.

Ukrayna Hərbi Hava Qüvvələri açıqlayıb ki, hava müdafiə sistemləri 453 dronu və 19 raketi məhv edib. Buna baxmayaraq, 9 raket və 26 hücum dronu 22 müxtəlif obyektə zərbə endirib.

Xarkov vilayətinin rəhbəri bildirib ki, şəhərə həm dronlar, həm də raketlərlə hücum edilib. Ballistik raket beşmərtəbəli yaşayış binasına düşüb, nəticədə 7 nəfər həyatını itirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026