• Bakı 11° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

İran ABŞ-nin atəşkəs təklifini rədd etdi

DÜNYA

06 Aprel 2026 | 20:00

İran ABŞ-nin atəşkəs təklifini rədd etdi

İran rəhbərliyi ABŞ-nin müharibəyə son qoymaqla bağlı təklifinə rəsmi cavabını vasitəçi tərəf olan Pakistana çatdırıb.

Bakıvaxtı.az  IRNA agentliyinə istinadən xəbər verir ki, İslam Respublikası Vaşinqtonun təşəbbüsünü rədd edərək, münaqişənin müvəqqəti deyil, daimi şəkildə dayandırılmasının vacibliyini vurğulayıb.

Tehranın Pakistana təqdim etdiyi cavab sənədi 10 əsas bənddən ibarətdir. Bu şərtlərə hərbi əməliyyatların tam dayandırılması, gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidi üçün yeni protokolun yaradılması və İrana qarşı tətbiq edilən sanksiyaların ləğvi daxildir.

Xatırladaq ki, bundan əvvəl “Axios” portalı ABŞ və İranın 45 günlük müvəqqəti atəşkəs rejiminin tətbiqi imkanlarını müzakirə etdiyini bildirmişdi. Danışıqlarda regional vasitəçilər kimi Pakistan, Misir və Türkiyə də iştirak edir.


SON XƏBƏRLƏR